26 İyul 2021 19:18
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Şəmkir şəhər Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyev mübahisə zəminində bacısı oğlu, 1989-cu il təvəllüdlü Turan Əzizov tərəfindən bıçaqlanıb.

Bir neçə bıçaq xəsarətləri alan N.Böyükkişiyev Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Dayısını öldürən bacıoğlu artıq həbs olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com