6 Noyabr 2014 17:00
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobil oğurluğu ilə məşğul olan şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Metropolitendə Polis Şöbəsi və Suraxanı 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İsmayılov saxlanılıb.

Emil İsmayılov avqustun 29-da İslam Teymurova, sentyabrın 10-da Böyükağa Cabbarova və oktyabrın 10-da Vahid Şıxbabayevə məxsus avtomobilləri qaçırması müəyyən edilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri Zahir Əzizov və İlqar Müslümlü ilə birgə noyabrın 1-də Məhərrəm Rzayevə məxsus avtomobildən maqnitofon və sənəd oğurlamas da üzə çıxıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Zahir Əzizov və İlqar Müslümlü də tutulublar.

Hacı Zeynalov


Müəllif: