7 Noyabr 2014 00:16
3 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Gamze Özçelikə təcavüz etməkdə ittiham olunan keçmiş basketbolçu Gökhan Demirkol həbs olunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakimin verdiyi həbs cəzası prokurorluk tərəfindən iki dəfə ləğv edilən və məhkəmə proseslərində iştirak etməyən Gökhan Demirkol bu gün Antaliyada qatıldığı məhkəmə iclasında həbs olunub.

Keçmiş basketbolçu aktrisa ilə intim münasibətlərini mobil telefona çəkib internetdə də yaydığı üçün iki il öncə həbs olunsa da, daha sonra sərbəst buraxılmışdı.

Qeyd edək ki, Gamze Özçelik “Arka Sokaklar” serialında həmkarı Muradla evli olub. Cütlüyün bir oğlu var.


Müəllif: