7 Noyabr 2014 10:51
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.


Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

İLHAMƏ


Müəllif: