7 Noyabr 2014 14:54
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, noyabrın 6-da D.Əliyeva küçəsində yerləşən Teymur Bayramova məxsus olan büjiteriya mağazasından oğurluq edilib. Bakı şəhər sakini Şəfa Vəliyeva və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Murad Şeydayev 3 ədəd qol saatını oğurlayarkən Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən tutulublar.

Hacı Zeynalov


Müəllif: