7 Noyabr 2014 16:43
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunun Bucaq kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər sakini Ziyəddin Məhərrəmovun idarə etdiyi “Volkswagen” və rayon sakini Hümbət Musayevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “ZİL-31” markalı avtomobillər toqquşub.

Ziyəddin Məhərrəmov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: