18 Avqust 2021 18:40
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Teleqraf.com-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və heroin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən rayon sakini Samir Heydərov saxlanılıb.
Saxlanılarkən həmin şəxsin üzərinə baxış keçirilən zaman bükümlərdə psixotrop maddə hesab edilən metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.


Müəllif: Teleqraf.com