Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, avqustun 22-də Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə Puta qəsəbəsi ərazisində üzərində bıçaq xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olub.
Hadisə ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri ilə onun Ağdam rayon sakini, 27 yaşlı Əhəd Nuriyev olması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əhəd Nuriyevi avqustun 18-də bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Ağcabədi rayon sakini M.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.