Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayonun Qarabaqqal kəndi ərazisindəki torpaq sahəsində narkotik tərkibli bitkilərin becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbir nəticəsində orada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxsin kənd sakini Nicat Hacıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.Ona məxsus həmin torpaq sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 30 kiloqramdan artıq olan 12 ədəd çətənə bitkisi və 287 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı N.Hacıyevin narkotik vasitəni həm şəxsi istifadəsi, həm də satış məqsədilə becərdiyi məlum olub.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.