11 Noyabr 2014 14:48
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 19 yaşlı qız itkin düşüb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 1995-ci il təvəllüdlü İradə Ələsgərova noyabrın 9-da evdən çıxıb və bir daha geri dönməyib. İradə Ələsgərovanın ailə üzvləri itkin düşmə faktı ilə bağlı Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinə müraciət ediblər. Bölmənin əməkdaşları fakt üzrə əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Keçirilən tədbirlər nəticəsində, itkin düşmüş İradə Ələsgərova tapılaraq evə qaytarılıb.

Hacı Zeynalov


Müəllif: