12 Noyabr 2014 23:29
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı ev sahibi yanıq xəsarəti ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq mərkəzinə aparılıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: