13 Noyabr 2014 12:33
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda avtomobil oğurluğu edən azyaşlı tutulub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Cavad Nəsirov tutulub.

Cavad Nəsirov noyabrın 11-nə keçən gecə, Sabunçu qəsəbəsi Günəşli küçəsində yaşayan Əsgərağa Oktay oğluna məxsus Vaz-21063 markalı avtomobili qaçırmaqda şübhəli bilinir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: