19 Oktyabr 2021 12:58
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət ittihamı ilə həbs edilən “Fakt Araşdırıcı-N” MMC-nin direktoru Zeynal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Zaur Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “Fakt Araşdırıcı-N” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli Qaynar xətt əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri əsasında cinayət işi başlanıb.

İbtidai istintaqla Zeynal Məmmədovun həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxsləri həmin cəmiyyətdə işə qəbul etmək üçün müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, daha sonra cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin əldə olunmasının həqiqi mənbəyini gizlətmək məqsədilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri təsdiq etməklə vəzifə saxtakarlığına yol verərək pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Xatırladaq ki, Zaur Məmmədov bundan əvvəldə mühakimə olunub. Həmin dövrdə onun barəsində Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Zaur Məmmədov həmin dövrdə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Zeynal Məmmədovun 72 yaşı var.


Müəllif: Hacı Zeynalov