13 Noyabr 2014 15:15
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeronda yaşayış evində partlayış olub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 12-də, saat 19 radələrində Abşeron rayonunun Fatmayı kəndində qeydə alınıb. Kənd sakini Müşfiq İbrahimovun evində təbii qazın sızmasından ani partlayış baş verib.

Müşfiq İbrahimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: