Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadın alverində təqsirli bilinən Minə İsmayılovanın cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Minə İsmayılova bu ilin iyunun 27-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həbs edilib.
Minə İsmayılova gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinin Aksaray rayonuna apararaq cinsi istismara məruz qoyub.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Qapalı keçirilən prosesdə ifadə verən Minə İsmayılova özünü qismən təqsirli bilib.
Məhkəmə iclası noyabrın 14-də davam etdiriləcək.
Hacı Zeynalov