28 Oktyabr 2021 11:00
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki azyaşlı qızına təcavüz etməkdə ittiham olunan Sahib Şıxıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Sahib Şıxıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sahib Şıxıyev yetkinlik yaşına çatmayan iki qızına təcavüz edib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov