14 Noyabr 2014 13:19
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq cinayəti törətməkdə təqsirli bilinən Ramin Həsənov və Pünhan Qurbanovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslər bu ilin yanvarın 11-də, Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində 82 nömrəli avtobusda Kürdəmir rayon sakini Ceyhun Ərəbxanovu döyüblər.

Onlar Ceyhun Ərəbxanovun mobil telefonunu və pulunu alıblar. Həmin şəxslərdən biri 82 nömrəli avtobusun sürücüsü olub. Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən Ramin Həsənov və Pünhan Qurbanov həbs edilib.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramin Həsənov 7 il, Pünhan Qurbanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər