14 Noyabr 2014 14:52
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun R.Quliyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini Əfqan Mahmudzadə idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Əlibaba Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: