Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq cinayəti törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakinləri Əlövsət Bayramov və Yədulla Seyfullayevin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin mayın 27-də Sumqayıt şəhəri 21-ci mikrorayonun ərazisində şəhər sakinləri Əlövsət Bayramov və Yədulla Seyfullayev həmyerliləri Elşən Quliyevə boğaz nahiyəsindən armaturla xəsarət yetirib pul verməsini tələb ediblər. Lakin Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulublar.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 21-nə təyin olunub.
Hacı Zeynalov