Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə və yolayırıcı dəmir çəpərlərə çırpılıb.
Teleqraf.com xəbər verir ki, hadisə yerinə cəlb olunmuş xilasedicilər, sürücü, 1985-ci il təvəllüdlü İsgəndərov Natiq Zirəddin oğlunun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
İLHAMƏ