Narkotik alverində təqsirləndirilən Dünya və Avropa çempionu Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Fikrət Rəhimovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses noyabrın 18-nə təyin edilib.
İttihama görə, Fikrət Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb.