17 Noyabr 2014 11:48
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəsini gətirən şəxs həbs edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, noyabrın 15-də Biləsuvar Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Amankənd kəndinin ərazisində İran İslam Respublikasının vətəndaşı Həmid Gureyşi Mirətadan 5 kiloqram tiryək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər