17 Noyabr 2014 15:01
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Nida Vətəndaş Hərakatının üzvü, blogger Əbdül Əbilovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Əbdül Əbilovun apelyasiya şikayəti təmin edilməyib.

Əbdül Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. O, narkotik alverində ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər