10 Dekabr 2021 16:54
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da həyat yoldaşı Kim Kirk Koksu yaralayan Devid Nil Koks 12 yaşlı ögey qızını da yerdə ölmək üzrə olan arvadının gözü qarşısında cinsi zorakılığa məruz qoymuşdu. Ölüm cəzasına məhkum edilən qatil ər zəhərli iynə ilə edam olunmamışdan əvvəl 14 ildir itkin düşən baldızını da etiraf edib.

Teleqraf.com xəbər verir ki, 40 yaşlı Felisiya Koks 2007-ci ilin iyul ayında Missisipi ştatında yaşayan bacısı Kim Kirk Koksun evinə gedərkən yoxa çıxıb.

Öldürüldüyü ehtimal edilən qadının qatilinin kimliyi ilə bağlı heç bir ipucu yox idi.

Evlənərkən həyat yoldaşı Kim Kirk Koksun soyadını götürən Devid Nil Koks 2010-cu ilin mayında 40 yaşlı həyat yoldaşını qarnından güllələyib. Kim Kirk Koks ölərkən qəddar ər o zaman 12 yaşında olan ögey qızı Lindsi Kirki anasının gözü qarşısında cinsi istismara məruz qoyub. Nəhayət, Kim Kirk Koks qanaxmadan ölüb. Devid Nil Koks isə ölüm cəzasına məhkum olunub.

Devid Neal Koksun Felisiya Koksun yoxa çıxmasına görə də məsuliyyət daşıdığı düşünülürdü. Amma əldə heç bir ipucu olmadığı üçün ittiham irəli sürmək mümkün olmayıb. Devid Nil Koks noyabrın 17-də öldürücü inyeksiya ilə edam edilib.

O, edam edilməmişdən əvvəl baldızını öldürdüyünü etiraf edib. Qadının cəsədi onun dediyi yerdə basdırılmış vəziyyətdə tapılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər