17 Noyabr 2014 23:49
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan kafenin taxtadan ibarət divar üzlüyü və stol-stul 15 kv.m sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: