18 Noyabr 2014 14:26
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda Türkiyə vətəndaşını xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun H.B.Əliyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini Ayxan Vəliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Berat Qartalı vurub.

Nəticədə xəsarət almış Berat Qartal xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: