19 Noyabr 2014 10:09
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda qətl hadisəsi baş verib.

Göyçay rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Ceyhun Quliyevə məxsus yeməkxanada insident baş verib. Ceyhun Quliyev münaqişə zəminində yeməkxananın müştərisi 1968-ci il təvəllüdlü Mətləb Əkbərovu bıçaqlayaraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: