Bakının Yasamal rayonunda oğurluq edən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci və 28-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Rəfail Bayramov tutulub.
Onun noyabrın 17-si saat 22:00-dan, 18-i saat 01:00-dək, Şaxtaxtinski küçəsində yaşayan Hüseyn Əhmədovun evindən, açıq qapıdan keçməklə velosiped oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov