Tovuzda kişi odlu silahla qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, qətlə yetirilən 1947-ci il təvəllüdlü Qamət Əliyevdi.
Onu qətlə yetirməkdə oğlu, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev şübhəli bilinir. C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanılıb.