20 Fevral 2022 10:43
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda adam oğurluğunda ittiham olunan Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Xaliq Nadir oğlu Abdullayev və “Azərmaş” MMC zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov