22 Noyabr 2014 12:10
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda polis əməkdaşlarını bıçaqlayan şəxslər tutulub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 20-də saat 02:30 radələrində, Cəfər Xəndan küçəsində xidmətdə olan Bakı şəhər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inspektorlarına xəsarət yetirməkdə şübhəli bilinən, Bakı şəhər sakinləri, “Nissan” markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü İlham Ağayev və Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) və 128-ci (qəsdəm sağlamlığa yüngül zərər vurma )maddələri ilə axtarışda olan 1981-ci il təvəllüdlü Urman Aslanov tutulub.

Araşdırma zamanı U.Aslanovun üzərindən 10,012 qram heroin, İ.Ağayevin avtomobilindən 2 ədəd kibrit qutusunda 6,75 qram marixuana aşkar olunaraq götürülüb.

Hacı Zeynalov


Müəllif: