Bakıda 2 nəfər dəm qazından zəhərlənərək öldü.
Teleqraf.com Daxili İşlər Nazirliyinin saytina istinadən məlumat verır ki, noyabrın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Baba Quliyev və Nəsimi rayonu ərazisində yaşayan Zemfira Rəhimova dəm qazından zəhərlənərək ölüblər.
Samux rayon sakini Aygün Namüvər, Qusar rayon sakini Günay Rüstəmova və onun bacısı Ramidə dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.