22 Noyabr 2014 23:21
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Məmməd Əmin Rəsulzadə küçəsi ilə Atatürk küçələrinin kəsişməsində qeydə alınıb. Xaçmaz şəhər sakini, Abıyev Elmin Akif oğlunun idarə etdiyi 17 BA 805 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomaşın 10 FB 747 dövlət nömrə qeydiyyatlı “VAZ 2107” markalı maşınla toqquşub.

Qəza nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Xaçmaz rayon sakinləri 1947-ci il təvəllüdlü Həşimova Züleyxa Baxış qızı, 1942-ci il təvəllüdlü Həşimov Rzaqulu Nəsibulla oğlu, 1968-ci il təvəllüdlü Səlimova Rəsmiyyə Şirin qızı, 2002-ci il təvəllüdlü Həşimova Kəmalə Asif qızı və 1965-ci il təvəllüdlü Süleymanova Sevda Rzaqulu qızıdır. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: