24 Noyabr 2014 11:54
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Nizami rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Ülviyyə Hüseynova idarə etdiyi “Nissan” markalı avtomobillə qarşı tərəfdən gələn avtomobillə toqquşub.

Hadisə zamanı Ülviyyə Hüseynovanın idarə etdiyi avtomobildə olan sərnişin, 1969-cu il təvəllüdlü İlahə Məmmədova aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: