Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərinə daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi feysbuk sosial şəbəkəsində məlumat yayıb.
Ukrayna qoşunları tezliklə şəhər üzərində nəzarəti tam bərpa etməyə yaxındır.
Qeyd edilir ki, Ukrayna silahlı qüvvələri Trostyanes şəhərini geri almağa davam edir: “Şəhər tezliklə Rusiya qoşunlarının qalıqlarından təmizlənəcək”.