29 Mart 2022 10:40
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə yetirib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı olub.

Xatırladaq ki, “qanuni oğru” Rövşən Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib.

Nadir Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər