Tovuz rayonunda mağazadan oğurluq hadisəsi olub.
Bu barədə Teleqraf.com-a Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi rayon sakini Rauf Rzayevə məxsus mağazada baş verib. Mağazadan 730 manat, 15 ədəd mobil telefon və danışıq kartları oğurlanıb. Rauf Rzayev oğurluq hadisəsinin baş verməsi ilə bağlı rayon polis şöbəsinə şikayət edib.
Onun şikayəti əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən edilib. Bu, Tovuz rayon sakini Nemət Hüseynovdur. O, həbs edilib.
Hacı Zeynalov