26 Noyabr 2014 17:14
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluq və terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirli bilinən Füzuli Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Füzuli Hüseynov tanışı, müharibə veteranı Cəmil Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən qohumunun vasitəsi ilə avtomobil veriləcəyinə kömək edəcəyini yalandan vəd verib, aldadaraq Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Olimp” mağazasının qarşısındakı yeraltı keçiddə 2013-cü il mayın 2-də 1500 manat və mayın 5-də 1700 manat pulunu alıb. Bununla da zərərşəkmişə ümumilikdə 3200 manat məbləgində xeyli miqdarda ziyan vurub.


Analoji üsulla Füzuli Hüseynov mayın 4-də tanış olduğu müharıbə veteranı Dilsuz Məmmədovu aldatmaqla, ondan adı çəkilən yerdə 1000 manat pulunu alıb və zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Bundan əlavə, 2013-cü il dekabrın 11-i axşam saat 18 radələrində Füzuli Hüseynov sərxoş vəziyyətdə mobil telefonundan Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək Əmək və Əhalinin Sosial Müdafıəsi Nazırliyinin Yasamal rayon şöbəsində partlayıcı qurğu quraşdırıldığını, bir neçə dəqiqədən sonra partladacağını deməklə insanların həlak olmasına səbəb ola biləcək partlayış barəsində bilə-bilə yalan məlumat verib.

Elə həmin gün Füzuli Hüseynov şübhəli şəxs qismində Yasamal rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb, istintaqın gedişatında onun dələduzluq əməlləri üzə çıxıb.

Füzuli Hüseynovun Cinayət Məcəlləsinin 178.2.2 ( dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə ) və 216 (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəlləri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Füzuli Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Füzuli Hüseynov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Füzuli Hüseynovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər