26 Noyabr 2014 23:45
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər sakininə qarşı dələduzluq edərək pulunu mənimsəyən qadın saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1959-cu il təvəllüdlü Nəzifə Vəliyeva həmyerlisi, 1971-ci il təvəllüdlü Yeganə Qeybəliyevaya onun III qrup əllilik dərəcəsi olan övladının II qrup əlillik dərəcəsinə dəyişdirəcəyini vəd edib və 1700 manat pulunu alaraq dələduzluq edib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər