27 Noyabr 2014 13:47
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda yol polisinə zor tətbiq edilməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, noyabrın 24-də saat 11 radələrində paytaxtın Səbail rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru Elnur Mahmudov həmin vaxt Mərkəzi Univermağın binasının qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla “dayanmaq və durmaq qadağandır” nişanının təsiri zonasında dayanmış “BMW-X5” markalı 10-FK-347 qeydiyyat nişanlı avtomobilin sürücüsü Kərimov Valeh Tacəddin oğlundan avtomobili oradan götürməsini tələb edib.

Lakin Valeh Kərimov polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq avtomobildən düşərək ona zor tətbiq edib.

Fakta görə Səbael rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər