Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən məsciddə törədilmiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.
Məlumata görə, məsciddə törədilən cinayət faktına görə, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda iş üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, noyabrın 25-dən 26-a keçən gecə naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.
Hacı Zeynalov