27 Noyabr 2014 22:18
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Spartanın Şarkikaraağaç rayonunda evlərində olan tüfənglə oynayan 4 yaşlı uşaq 4 aylıq qardaşını başından vuraraq öldürüb, anasını yaralayıb.

Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şarkikarağaçın Aşağıdinek kəndində 4 yaşlı qız uşağı Z.Y. Atası 30 yaşlı atası Murad Y.yə məxsus tüfənglə oynamağa başlayıb. Bu vaxt anası Neslihan Y, 4 aylıq qızı Ayşe Y. ilə birlikdə otağa girib. Z.Ynin əlindəki tüfəngdən atəş açılması nəticəsində anasının qucağında olan Ayşe Y. başından vurulub. Ana Neslihan Y.nin isə bədəninə xəsarət yetirib.

Qoyunlarını ağıla salan ata Murad Y. silah səsi eşidərək evə qaçıb. Şoka düşən ata Murad Y.nin xəbər verməsi ilə evə gələn təcili tibbi yardım maşını ilə 4 aylıq Ayşe Y. ilə ana Neslihan Y. Şarkikaraağaç Dövlət Xəstəxanasına qaldırılıb. Kiçik Ayşe edilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirərkən, yaralı Nesliyan Y. isə Süleyman Dəmirəl Üniversitesi (SDÜ) Tibb Fakültəsi Xəstəxanasına göndərilib.


Müəllif:

Oxşar xəbərlər