21 May 2022 10:56
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tapılan 8 avtomat, 5 qumbarataatan, 3 pulemyot, 1 632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Teleqraf.com