28 Noyabr 2014 11:23
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Elməddin Abbasov tutulub.

Elməddin Abbasov noyabrın 20-də gecə saatlarında Z.Bünyadov prospektində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ramil Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Qeyd edək ki, həmin gün 32 yaşlı Əliyev Ramin Məzahir oğlu təcili olaraq 3 saylı Şəhər Xəstəxanına aparılıb. Həkimlər tərəfindən müayinə olan zaman onun yolda dünyasını dəyişdiyi məlum olub. Hadisədən xəbər tutan Nərimanov Rayon Polis İdarəsinin və Prokurorluq əməkdaşları qanlı hadisənin təfərrüatlarına aydınlıq gətirməyə çalışıblar. Məlum olub ki, Ramin Əliyev şəxsi avtomobilində Ziya Bünyadov prosketində yaralı halda tapılıb.

İlkin məlumata görə, mərhum ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib. Xəstəxanada olan mərhum yaxınları bildirib ki, Ramin ailənin yeganə övladı olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər