Bakıda mənzildə kişi meyiti tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1948-ci il təvəllüdlü Komyagin Vladimır Qriqoryeviç bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. V.Komyaginin cəsədi aidiyyəti üzrə təhvil verilib.