Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Xocəsən qəsəbəsində qeydə alınıb. Tovuz rayon sakini Samir Musayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Aynur Həsənovanı vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov