4 Dekabr 2014 00:54
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyada yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb.

Teleqraf.com-un “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Boqotadan Baya-Solano şəhərinə uçan təyyarə ölkənin mərkəzində yerləşən Tolima departamentində yerə düşüb.

Tolima departamentinin Xilasetmə xidməti qəza nəticəsində 10 nəfər, yəni təyyarənin göyərtəsində olanların hamısınin həlak olduğunu bildirib. Qəzanın səbəbləri hələ ki, məlum deyil.

Yerli hüquq-mühafizə orqanı nümayəndələri sərnişinlərin şəxsiyyətlərinin müəyyən edilməsində problem yarana biləcəyini bildiriblər. Buna səbəb kimi cəsədlərin yanaraq tanınmaz hala düşməsi göstərilir.


Müəllif:

Oxşar xəbərlər