Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluqla yetişdirməkdə şübhəli bilinən rayon sakinləri İlqar Quliyev və Afiz Mirzəyev saxlanılıblar. İ.Quliyevin həyətyanı sahəsinə baxış keçirilərkən 41 ədəd çətənə bitkisi və qurudulmuş marixuana, A.Mirzəyevə məxsus Minəxorlu kəndi ərazisində yerləşən əkin sahəsinə baxış zamanı isə 14 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.