25 Avqust 2022 18:57
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda yeniyetməyə zorakılıq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir.

Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşuları 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda 20.07.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Tovuz RPŞ-in İstintaq Bölməsinə göndərilib.

Cavidan Əliyevə (şərti) ittiham elan edilməklə Tovuz rayon məhkəməsinin 22.07.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər