14 il cinsi istismara məruz qaldığını iddia edən gənc qadın psixoloqa qarşı 250 minlik təzminat davası açıb.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib. Belə ki, psixologiya üzrə elmlər doktoru, professor Köksal A. 14 il öncə 27 yaşlı qadını terapiya və dərmanlarla seks köləsi etməkdə ittiham olunur.
Məhkəməyə müraciət edən gənc qadın professorun onu aldatdığını iddia edib: "1998-ci ildə psixoloji narahatçılığımla əlaqədar müayinə olunmaq üçün Köksal A.-ya müraciət etdim. Mənə olan səmimi davranışlarından narahat olmağa başladım. Elə bu səbəbə görə də müalicəmi yarıda saxlamaq istədim. Ancaq ailəmin qərarı ilə müalicəyə davam etdim. Köksal A. isə getdikcə mənə daha da yaxınlaşmağa başladı. Daha sonra isə mən ona aşiq oldum və münasibətimiz başladı. Əvvəllər universitetdəki otağında, sonra öz klinikasında, daha sonra isə müxtəlif otellərdə münasibətimiz oldu. Hər dəfə həyat yoldaşından boşanıb mənimlə ailə quracığını deyirdi".
Gənc qadının ittihamlarını qəbul etməyən psixoloq isə şəxsiyyətinə və kariyerasına vurala zərərə görə 60 minlik təzminat davası açıb.
Faktla bağlı araşdırma davam edir.
Aydan